banner
banner

Şou

Konsertlər təxirə salındı

Konsertlər təxirə salındı

Paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermış hadisə ilə əlaqədar Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konsert və əyləncəli proqramlar mayın 28-dək təxirə salınıb.
Mərkəzdən verilən məlumata görə, bununla əlaqədar, Muğam Televiziya Müqabiqəsinin final mərhələsinə həsr olunan konsert Heydər Əliyev Mərkəzində mayın 29-da keçiriləcək.

Eyni zamanda, əməkdar artist Tünzalə Ağayevanın mayın 22-də və 23-də Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konserti mayın 31-də və iyunun 1-də keçiriləcək. İndiyədək konsertə alınmış biletlər etibarlı sayılır. Mayın 22-si üçün alınmış biletlər mayın 31-i, mayın 23-ü üçün alınmış biletlər isə iyunun 1-də qüvvədədir.

Əlavə məlumatı Mərkəzin kassasından (tel: +012 505 60 03) almaq olar.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.