20 nəfərin tüstüdən zəhərləndiyi məktəblə bağlı yeni AÇIQLAMA
Şirvan-Salyan Regional Təhsil İdarəsi tabeliyində olan təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi İdarənin əsas prioritetləri arasındadır.
Cia.Az APA-ya istinadən xəbər verir ki, bu barədə idarədən məlumat verilib.
"Salyan rayonu Yuxarı Noxudlu kəndi tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq. Adıçəkilən təhsil müəssisəsinin təmiri və tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb. Qeyd edirik ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik əsasında həyata keçirilir. Hazırda təhsil müəssisəsinin istilik təchizatı müvəqqəti olaraq odun sobaları ilə həyata keçirilir. Yuxarı Noxudlu məktəbi də daxil olmaqla yaxın günlərdə 5 təhsil müəssisəsinin mavi yanacaqla təchizatı başa çatacaq və istilik təchizatı mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Təhsil müəssisələrinin mütəmadi olaraq qazla təchiz edilməsi, cari və əsaslı təmirə ehtiyacı olan müəssisələrin müəyyənləşdirilməsi və bu sahədə müvafiq tədbirlərin görülməsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ciddi nəzarətindədir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, dekabrın 5-i sözügedən məktəbdə 20 nəfər (14 şagird, 6 əməkdaş) məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra onların hər biri evə buraxılıb.
Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.
2026-cı il üzrə müəllimlərin sertifikatlaşdırılması prosesində ən yüksək uğur göstəricisi texnologiya fənnini tədris edən müəllimlər arasında qeydə alınıb.
Yeni tədris ilinin başlanmasına iki aydan çox vaxt qalsa da, valideynləri indidən maraqlandıran əsas məsələ məktəbli formalarının qiymətidir. Bəs bu il qiymətlərdə dəyişiklik gözlənilir?
Ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.