banner
banner

Şou

Rəqsanə həbsdə kitab yazıb: “Quranı, Tövratı, Bibliyanı oxudum”

Rəqsanə həbsdə kitab yazıb: “Quranı, Tövratı, Bibliyanı oxudum”

Ev dustaqlığına buraxılan Rəqsanə İsmayılova həbsdə olduğu müddətdə kitab yazıb.

Cia.az xəbər verir ki, “Çərçivədən kənar” verilişində bu və digər başına gələn hadisələr haqqında danışarkən müğənni ağlayıb:

“Elə bil yuxuda idim. Danışmaqla olmur, yaşamaq lazımdır. Çox çətin idi.  Orada elə insanları gördüm ki, düşündüm, mən bunların yanında kiməm? Heç bir qadına arzu etmirəm. Ora qadın yeri deyil.

Təcridxanada saxlanılırdım. Birdən-birə hər şeydən məhrum oldum. Orada kitab yazdım, yanvar ayında çap olunacaq. Adı “Müəllimə”dir. Arzu edirəm ki, heç bir qadın orada olmasın. Həbsxanada hər kəs övlad həsrəti çəkir. İlk dəfə balalarımı görəndə dilləri tutuldu, mənimlə danışa bilmədilər. Bəzi şeylər var ki, danışa bilmirəm”.

Müğənni bildirib ki, məhkəmə ona mart ayına qədər möhlət verib:

“Fazil müəllim (əri - red.) 3 ayda uşaqların yanında olub. İşin bütün görünməyənlərini o edib. Mart ayına qədər vaxtımız var. Ödənişin qalanını o müddətə qədər etməliyik. Pulun 100 min manatını qızım Aysun ödəyib, qalan ödənişi də Faizil bəylə birlikdə verəcəyik. Dəvətlər də alıram artıq. İnşallah, hər şey tezliklə bitəcək.

Mən orada düşündüm ki, hər şeyim var idi, amma Allahı unutmuşdum. O məni bura saldı ki, xatırlayım. Mənə səslənirdi ki, sənə 4 övlad, ev, yaşayış, hər şey vermişəm, yenə də məni unutmusan, qapıma gəlmirsən. Orda hər gün səcdədə oturdum, Allahdan kömək istədim. Onun buyurduqlarını unutmağımın cəzası idi bütün bunlar. Orada özümə söz verdim ki, bir günümü də Allahsız keçirtməyəcəm”.

İfaçı əlavə edib: “Quranı, Tövratı, Bibliyanı oxudum. Bu müddət ərizndə 300-ə yaxın kitab bitirdim. İndiyə kimi çox böyük səhvlər etmişəm. Etdiyim yaxşılıqları əsəbiləşəndə insanların üzünə vurmuşam. Etməməli idim. Qəlb də qırmışam. Bir insanın qəlbini qırmaq, ahını almaq olmaz. Bunları yaşadıqdan sonra daha çox yaşa doldum. 46 yaşım var, amma özümü 55 yaşımda hiss edirəm.

Mart ayına qədər hər şeyi yoluna qoyub, Heydər Əliyev Sarayında konsert verəcəm. Yanvar ayında da sevənlərimlə görüş təşkil edəcəm. Bundan sonra hər kəs fərqli Rəqsanə görəcək”.

Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyir. O, noyabrın 19-da ev dustaqlığına buraxılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.

"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" - Foto

"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".