Ölümlə nəticələnən partlayışla bağlı "Azəriqaz" əməkdaşına hökm oxunub
Naxçıvanda metan qazının yer altından evə sızması nəticəsində baş verən partlayışda vətəndaşın ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə olub.
Cia.az xəbər verir ki, Naxçıvan MR Babək rayon Məhkəməsində hakim Günay İsmayılın sədrliyi ilə keçirilən prosesdə iş üzrə təqsirləndirilən "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı Samiq Quliyev barəsində qərar qəbul edilib.
Qərara əsasən, Samiq Quliyev 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında baş verib.
Rayonun Cəhri qəsəbəsində yerləşən Rakif Cəfərova məxsus fərdi yaşayış evinin arxa divarından 1 metr məsafədə uzunmüddətli korroziya səbəbindən deşilmiş yeraltı metal qaz borusundan sızan metan qazı evə sızıb. Səhər saatlarında alışdırıcı maddənin təsirindən partlayış baş verib. Hadisə nəticəsində Rakif Cəfərov və oğlu Ramin Cəfərov xəsarət alıb.
Rakif Cəfərov müalicə üçün Bakıda xəstəxanaya yerləşdirilib və orada vəfat edib.
Ona qarşı Cinayət Məcəlləsinin 314.2-ci ( Səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Gülşad Ömərova (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Sosial şəbəkədə vəkil Nemət Kərimli və onun yaxınlarının ünvanına təhqiramiz ifadələr yazan 1994-cü il təvəllüdlü jurnalist İmamət İsmayılovanın məhkəməsi keçirilib.
Ali Məhkəmədə narkotiklərin satışında ittiham edilən “tiktoker” Zeynəb Ən-Nəiminin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif rayon şöbələrində çalışmış Turab Nazim oğlu Yunisov Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Cia.az xəbər verir ki, paytaxtın Xətai rayonu ərazisində yerləşən mağazaların birindən 3150 manat oğurlanıb. Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Z.Məmmədli və T.Cəfərli saxlanılıb.