Tanınmışlar narkotikə görə saxlanıldı - Aktrisa, müğənni...
Türkiyənin hüquq-mühafizə orqanları müğənni Aleyna Tilki, aktrisa İrem Sak, sosial media fenomenləri Danla Bilic və Mümmine Senna Yıldızı saxlayıb.
Cia.az xəbər verir ki, onlar İstanbulda narkotiklə bağlı aparılan istintaq çərçivəsində tutulublar.
Xəbərə görə, əməliyyat İstanbul Respublika Baş Prokurorluğunun rəhbərliyi ilə həyata keçirilib və hüquq-mühafizə orqanları istintaq çərçivəsində bir sıra ünvanlarda axtarışlar aparıblar.
Rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama yaymayıb.
Mətbuatda yayılan informasiyalara görə, araşdırma davam edir, istintaqın gedişi və hüquqi qiymətləndirmə barədə əlavə məlumatların sonradan açıqlanacağı gözlənilir. (Yenisabah.az)
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.