banner
banner

Krİmİnal

Sevgilisini bıçaqlayan qısqanc qadın məhkəmə zalından azadlığa buraxıldı

Sevgilisini bıçaqlayan qısqanc qadın məhkəmə zalından azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Gülşad Ömərova (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Cia.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, Gülşad Ömərova dərhal məhkəmə iclas zalında azadlığa buraxılıb.

İttiham aktına əsasən, Gülşad Ömərova 19 sentyabr 2025-ci il tarixdə saat 11 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən nömrəsiz fərdi yaşayış evində şəxsi münasibətlər zəminində qeyri-rəsmi ər-arvad münasibətində olduğu zərərçəkmiş Firuz Baxışovla (adı, soyadı şərtidir) aralarında baş vermiş mübahisə zamanı onu qəsdən mətbəx bıçağı ilə bir dəfə vurub. Nəticədə zərərçəkmiş şəxsə döş qəfəsinin sağ yarısının arxa səthindən sağ döş boşluğuna nüfuz edən, insan həyatı üçün təhlükəli olan deşilmiş-kəsilmiş yara yetirilib. Sözügedən xəsarətlər qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.

Məhkəmə baxışı zamanı Gülşad Ömərova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində deyib ki, zərərçəkmiş şəxslə aralarında mübahisə yaranıb, evdən getmək istəsə də, Firuz buna icazə verməyib.

Onun sözlərinə görə, əlində bıçaq olub və Firuzu qorxutmaq istəyib, lakin ehtiyatsızlıq nəticəsində bıçaq zərərçəkmiş şəxsə batıb. Təqsirləndirilən şəxs Firuzu qəsdən vurmadığını, törətdiyi əməldən peşman olduğunu bildirib.

O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək qeyd edib ki, zərərçəkmiş şəxslə münasibətləri əvvəl normal olub, aralarında bu hadisəyə qədər hər hansı zorakılıq baş verməyib. Mübahisənin səbəbinin qısqanclıq olmadığını, telefon istifadəsi ilə bağlı anlaşılmazlıq yarandığını deyib.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Firuz Baxışov ifadəsində Gülşad Ömərovanı tanıdığını, aralarında qeyri-rəsmi ər-arvad münasibətinin olduğunu və mübahisə zamanı bıçaq xəsarəti aldığını təsdiqləyib. O, mübahisənin qısqanclıq zəminində yarandığını, lakin təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını, onunla barışdıqlarını bildirib.

Zərərçəkmiş şəxs həmçinin qeyd edib ki, Gülşad Ömərova həbsdə olduğu müddətdə onunla görüşməyə cəhd edib və gələcəkdə təqsirləndirilən şəxs rəsmi boşandıqdan sonra onunla rəsmi nikah bağlamağı planlaşdırırlar.

Pravda.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Vəkili təhqir edən jurnalistə bu cəza verildi

Sosial şəbəkədə vəkil Nemət Kərimli və onun yaxınlarının ünvanına təhqiramiz ifadələr yazan 1994-cü il təvəllüdlü jurnalist İmamət İsmayılovanın məhkəməsi keçirilib.

Tiktoker Zeynəb Ən-Nəimi ilə bağlı QƏRAR

Ali Məhkəmədə narkotiklərin satışında ittiham edilən “tiktoker” Zeynəb Ən-Nəiminin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Lökbatanda faciə: 4 nəfər həlak oldu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakı və Abşeronda oğurluq edən şəxslər saxlanılıblar

Cia.az xəbər verir ki, paytaxtın Xətai rayonu ərazisində yerləşən mağazaların birindən 3150 manat oğurlanıb. Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Z.Məmmədli və T.Cəfərli saxlanılıb.