banner
banner

İqtİsadİyyat

Avtomobil bazarına ağır zərbə, maşınlar əllərində qaldı

Avtomobil bazarına ağır zərbə, maşınlar əllərində qaldı

“Hörmətli İqtisadiyyat Nazirliyi, dəyərli Nazirlər Kabineti, lütfən ictimaiyyətlə işləməyi öyrənin, vaxtında rəsmi açıqlamalar verin, zatən biznes qan ağlayır, yazığınız gəlsin, axı qızıl yumurtalayan toyuğu, süd verən inəyi kəsməzlər, elə deyil?”

Cia.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, növbəti ildən avtosalonlar və ölkədə nəqliyyat vasitələrinin gətirilməsi ilə məşğul olan fiziki şəxslər çətin vəziyyətlə üz-üzə qalacaqlar:

“Konkret bir məsələ var - 2026-cı ilin əvvəlindən hibrid və elektrik avtomobillərə ƏDV güzəşti ləğv edilir. Rəsmi avtosalonlar, fiziki şəxslər noyabr-dekabr aylarında daha çox avtomobil gətirdilər ki, güzəşt dövründən sonacan istifadə etsinlər.

Bir neçə gündür ki, rəsmi qurumlardan avtosalonlara, maşın satanlara xəbər göndərirlər ki, indi gətirdiyinizi 2025-də satmalısınız, gələn ilə qalsa, satanda ƏDV ödəməli olacaqsız”.

Ekspert qeyd edib ki, sözügedən sahədə çalışan şəxslərə xeyli problemlər yaradılır:

“Son günlər bir neçə iş adamından müraciət almışam, az qala yalvarırlar ki, batırıq, bir rəsmi şəxs çıxıb izah etsin ki, biz indi nə etməliyik?! Bəziləri gətirdiyi maşınları qohum-dost adına rəsmiləşdirirlər ki, 2026-cı ilə qalmasın - bu isə əlavə xərc deməkdir.

Bundan başqa şikayət edirlər ki, öz şəxsi hesablarından ayda 30 min manatdan çox pul çıxarda bilmirlər, bu isə işlərinə böyük əngəl yaradır. İnsanların öz puluna çıxmağa qadağa qoymaq olmaz, hə, deyəcəklər nəqd vəsaitə məhdudiyyət var - yenə də olmaz! Bu absurddur”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Yeni 50 manatlar belə olacaq

Mərkəzi Bankın sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanları 25 dekabr 2025-ci il tarixindən etibarən tədavülə buraxılır.

Nazir anons etdi: Azərbaycanda ət bahalaşır

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu da son üç ildə müvafiq olaraq 6 faiz və 11 faiz azalma deməkdir.

ƏDV qeydiyyatı ilə bağlı qaydalar dəyişir

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyatı ilə bağlı qaydaları əhəmiyyətli dərəcədə yeniləyir. Hazırkı qanunvericiliyə görə, ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların məbləği 200 min manatı keçdikdə vergi ödəyicisi məcburi qaydada ƏDV qeydiyyatına alınmalıdır.

22 min manata idi, 25 minə satılır - Bazarda vəziyyət kökündən dəyişir

Gələn ildən Azərbaycanın avtomobil bazarında vergilərin və aksizin tətbiqi ilə bağlı yeniliklər gözlənilir. Məlum olduğu kimi, hazırda qüvvədə olan qaydalara görə, hibrid mühərrikli və elektriklə işləyən avtomobillər üçün əlavə dəyər vergisi və aksiz rüsumlarında güzəştlər tətbiq olunur. Bu imtiyazlar hibrid və elektrikli avtomobillərin bazarda daha münasib qiymətlərlə satılmasına imkan verir.

Gələn ildən “ƏDV gerial” məbləği artırılır

Vergi Məcəlləsinə” gələn ildən “ƏDV gerial” mexanizmi ilə bağlı yeni dəyişikliyin edilməsi nəzərdə tutulub. Layihə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dəstəklənərək plenar iclasa tövsiyə edilib.