"Hacı Mazan" kimi tanınan məşhur və qalmaqallı iş adamı Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib.
Cia.az xəbər verir ki, bununla bağlı əmr Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən imzalanıb.
Bayram Ramazanov 2021-ci ildən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsində çalışırdı.
O, bundan əvvəl BDYPİ-nin Yol Hərəkətinin Təşkili şöbəsində inspektor, eləcə də Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifələrində xidmət keçib.
Bayram Ramazanovun işdən azad edilməsinin səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.