banner
banner

Gündəm

İcra başçısından ŞOK addım: “TikTok” videosuna görə...

İcra başçısından ŞOK addım: “TikTok” videosuna görə...

Beyləqanının icra başçısı Əziz Əzizov "TikTok"da onun barəsində video paylaşan Ağdam sakinini məhkəməyə verib.

Cia.az Teleqraf-a istinadla bildirir ki, icra başçısı məhkəmədən paylaşılan videonun onun şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yönəldiyini və bu səbəbdən təkzib verilməsini, dövlət rüsumuna görə ödənilmiş 100 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

Ötən gün Ağdam Rayon Məhkıməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh iştirak etməsə də, bu, qərarın verilməsinə mane olmayıb.

Məhkəmə Əziz Əzizovun tələbini qismət təmin edib. Ağdam sakininin icra başçısı barədə işlətdiyi cümlələrə görə təkzib verəcək. Bundan başqa, cavabdehdən ödənilmiş dövlət rüsumu əvəzində 100 manat alınaraq icra başçısına veriləcək.

İcra başçısının Ağdam sakininindən üzr gözləməsi isə baş tutmayacaq. Məhkəmə bu tələbi rədd edilib.

Qeyd edək ki, "TikTok"da paylaşılan videoda icra başçısı barədə "İcra başçısı varlıların icra başçısıdır, kasıbların yox", "Mən bir dəfə görmədim ki, icra başçısı Əziz Əzizov şəhid ailəsinin qapısının qarşısına qrabil töksün. Büdcədə pul azdır?", "Millətdən, xalqdan yediyiniz pulları hara xərcləyirsiniz?" kimi cümlələr işlədib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Şərurlu İsfəndiyara bəraət verildi

Şərur MTK”nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Sabiq nazirin dövlətə milyonlarla borcu var

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil şirkətlərdən biri - “İmprotex İndustries” MMC-nin dövlət büdcəsinə külli miqdarda borcu var.

Mehriban Əliyevadan təyyarə qəzasının ildönümü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edilib. Cia.az həmin paylaşımı təqdim edir:

Ərdoğan İlham Əliyevi təbrik etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Polkovnik işdən çıxdı

Daxili İşlər Nazirliyinin (DİN) rəsmi mətbuat orqanı olan “Polis” qəzetinin redaktoru, polis polkovniki Hafiz Təmirov işdən çıxıb.

Bu gün İlham Əliyevin ad günüdür

Tarixin son yüz ili Azərbaycan üçün daha çox siyasi baxımdan keşməkeşli olub. Cümhuriyyətdən miras qalan torpaqlar ermənilərin həyata keçirdiyi məkrli planla Azərbaycandan alınaraq Ermənistana birləşdirilir. Ötən əsrin 90-cı illərində isə ermənilər daha bir “revanş” götürərək Qarabağ və ətraf əraziləri işğal edir. Lakin 2020-ci ildə tarixi ədalət məhz Azərbaycan xalqının lideri İlham Əliyev tərəfindən bərpa olundu. İlham Əliyevin əldə etdiyi Qarabağ Zəfəri son yüz ilin Türk tarixinə qızıl hərflərlə yazıldı.