Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfəri ilə bağlı müvafiq hazırlıq işləri aparılır.
Cia.az xəbər verir ki, bu barədə Teleqraf-a müsahibəsində İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bildirib.
Onun sözlərinə görə, yüksək səviyyəli qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin dinamik inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir:
"Cənab Prezident Məsud Pezeşkianın Bakıya və Xankəndiyə səfərlərindən sonra Azərbaycan Prezidentinin Tehrana səfəri üzrə müvafiq hazırlıq işləri aparılır. Bu səfərlərin siyasi, iqtisadi və mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyi gözlənilir. Dövlət başçıları arasında mövcud səmimi və dostluq münasibətləri isə bu prosesə mühüm töhfə verir".
Cia.az xəbər verir ki, Ermənistan İranla strateji tərəfdaşlıq sənədi imzalamaq istəyir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin 25 dekabr tarixli iclasından sonra keçirilən mitinqdə belə bir açıqlama verib. Onun sözlərinə görə, Ermənistan ilə İran arasında münasibətlər çox yüksək səviyyədədir.
Vaxtilə Xankəndi şəhərinin stadionunda “Qarabağ Ermənistandır və nöqtə” deyənlər “Qarabağ Azərbaycandır!” deməyə məcbur oldular.
Bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə söyləyib.
Dövlət başçısı deyib:
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb.
Prezident Administrasiyasından AZƏRTAC-a