banner
banner

Gündəm

Azərbaycanda elektron siqaretlərin qadağan olunmasında yenilik - Müddət dəyişir

Azərbaycanda elektron siqaretlərin qadağan olunmasında yenilik - Müddət dəyişir

Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsinə dair qadağanın tətbiqi müddəti dəyişir.

Cia.az xəbər verir ki, bu, Milli Məclisin sabah keçiriləcək iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, layihəyə əsasən, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.

Layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.

Milli Məclis dekabrın 19-da qanun layihəsini birinci oxunuşda qəbul edib və həmin redaksiyada qanun qəbul olunacağı halda 2026-cı il fevralın 1-dən qüvvəyə minəcəyi əksini tapıb.

İkinci oxunuşda müzakirəyə təqdim edilən layihədə isə bu müddət 2026-cı il 1 aprellə əvəzlənir.

Qeyd edək ki, qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılan zaman parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qadağanın tətbiqi müddətinin dəyişdirilməsini təklif etmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Şərurlu İsfəndiyara bəraət verildi

Şərur MTK”nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Sabiq nazirin dövlətə milyonlarla borcu var

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil şirkətlərdən biri - “İmprotex İndustries” MMC-nin dövlət büdcəsinə külli miqdarda borcu var.

Mehriban Əliyevadan təyyarə qəzasının ildönümü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edilib. Cia.az həmin paylaşımı təqdim edir:

Ərdoğan İlham Əliyevi təbrik etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Polkovnik işdən çıxdı

Daxili İşlər Nazirliyinin (DİN) rəsmi mətbuat orqanı olan “Polis” qəzetinin redaktoru, polis polkovniki Hafiz Təmirov işdən çıxıb.

Bu gün İlham Əliyevin ad günüdür

Tarixin son yüz ili Azərbaycan üçün daha çox siyasi baxımdan keşməkeşli olub. Cümhuriyyətdən miras qalan torpaqlar ermənilərin həyata keçirdiyi məkrli planla Azərbaycandan alınaraq Ermənistana birləşdirilir. Ötən əsrin 90-cı illərində isə ermənilər daha bir “revanş” götürərək Qarabağ və ətraf əraziləri işğal edir. Lakin 2020-ci ildə tarixi ədalət məhz Azərbaycan xalqının lideri İlham Əliyev tərəfindən bərpa olundu. İlham Əliyevin əldə etdiyi Qarabağ Zəfəri son yüz ilin Türk tarixinə qızıl hərflərlə yazıldı.