"Azərbaycan aylar öncə məlumatlı idi" - Ceyhun Bayramov AÇIQLADI
Azərbaycan və Türkiyə münasibətlərinin bənzəri yoxdur. Bu münasibətlər qardaşlığa, dostluğa əsaslanır, ən əsası, iki ölkə başçısı arasında səmimi münasibətlər mövcuddur.
Cia.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazir diqqətə çatdırıb ki, Türkiyə hər zaman Azərbaycana siyasi və mənəvi dəstək göstərib:
"Ötən 5 il ərzində sülh prosesiylə bağlı Türkiyə ilə tam koordinasiyalı fəaliyyət nəticə verməkdədir. Hakan Fidan da bildirib ki, Ermənistanla münasibətlərin inkişafı Azərbaycan-Ermənistan münasibətindən asılıdır. İrəvana reyslərin sayının artırılması ilə bağlı Azərbaycan aylar öncə məlumatlı idi".
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da "John Deere" şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.
Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.
Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.