banner
banner

Sosİal

Azərbaycanda söküntü ilə bağlı YENİ AÇIQLAMA - Gələn ildən...

Azərbaycanda söküntü ilə bağlı YENİ AÇIQLAMA - Gələn ildən...

"Söküntü prosesində ilk növbədə qəzalı binalar sökülür. Çünki qəzalı binalarda vətəndaşlarımızın yaşaması təhlükəlidir. Ona görə bu il müvafiq icra strukturları 200-ə yaxın qəzalı binanı aktlaşdıraraq onların söküntüsünə qərar verib. Növbəti ildə də eyni proses gedəcək".

Cia.az bildirir ki, bu sözləri baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, gələn il təkcə Bakı və Abşeron yarımadasında deyil, bütün Azərbaycanı əhatə edən bir söküntü prosesi olacaq:

"Bu, istismar müddətini bitirmiş binaları əhatə edəcək. Onların yerində yeni binalar inşa ediləcək və bu proses böyük bir dövrü əhatə edəcək.

İlk növbədə qəzalı binaların söküntüsü olacaq. İkinci növbədə istismar müddətini başa vurmuş binalara üstünlük veriləcək. Üçüncü mərhələ isə layihənin tam yekunlaşmasını əhatə edəcək və bütün köhnə binalara şamil ediləcək. Mərhələli plan üzrə ölkədəki köhnə binaların yeni binalarla əvəz olunması prosesi davam edəcək.

Söküntü zamanı kompensasiya məbləği Bakı Şəhər İcra Hakimiyyəti və Nazirlər Kabinetinin müəyyən etdiyinə görə əvvəllər 1500 manat ödənilirdi. Son rəqəm 2700 manata çatıb. Müvafiq razılıq əsasında qiymətləndirmə şirkətləri tərəfindən hər hansı bir bina söküləndə satınalma elan olunur. Qiymətləndirmə şirkətləri həmin satınalmada iştirak edərək bu sifarişi götürür və sökülən binanın ərazi və infrastruktura görə qiymətini müəyyənləşdirir.

Fikrimcə, söküntü aparılan ərazidə həmin binanın bazar dəyəri yox, ətrafındakı yeni tikililərin bir kvadrat metrinin dəyəri qədər kompensasiya verilməlidir. Bu halda vətəndaş kompensasiyaya uyğun yeni mənzil almaqda çətinliklə üzləşməz".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.