"Aygün Kazımovaya dediyim söz yadıma düşəndə ölürəm" - Röya Ayxan
"Aygün Kazımova ilə aramızı maqazin verilişləri vurdu. O vaxtlar çıxıb demişəm ki, 40 yaşın var, sənin vaxtın gedib. İndi özümün 45 yaşım var, həmin söz yadıma düşəndə ölürəm. Deyirəm, nə axmaq adam olmusan".
Cia.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Pərvizə görə" proqramında deyib.
Müğənni Xalq artisti Aygün Kazımova ilə qalmaqalından və illər sonra barışmasından danışıb:
"İndi mənə kimsə bir söz deyəndə deyirəm, canım suludur, belə edərəm. Ağzıma gələn ən düzgün olmayan sözüm olub. Onu da özünə dedim. Gülməkdən öldü, dedi ki, Röya, dəlisən. Gözümü açdım anamı 30 yaşında boşananda bağlanmış, oram, buram ağrıyır deyən gördüm. Ailədə elə psixoloji problemlə böyümüşəm. İndi özümü elə yaxşı hiss edirəm ki... Onlar mənim sözüm olmayıb. Deyirdilər de, mən də deyirdim".
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.
"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".
“Həyat doğrudan da hər gün yeni sınaqlar, gözlənilməz anlar və dayanmadan irəliləməyi tələb edən bir mübarizədir. Bəzən bu yolda bir az motivasiyaya, bəzən isə sadəcə rahatlamağa ehtiyac duyulur”.