"Məni heç kim pulla hamama çağırmayıb, İFTİRA ATIR"
Xəbər verdiyimiz kimi, müğənnilər Vəfa Şərifova ilə Afət Fərmanqızı arasında qalmaqal davam edir.
Afət sosial şəbəkə hesabında paylaşım edərək, qarşı tərəfin ona iftira atdığını iddia edib:
"Mənə böhtan atır ki, ərim hamamdan müğənni xanıma yığıb, deyib sənə 5 min verirəm, hamama gəl. Başına gələn özündən misal çəkər axı... Sən deyildin ki, deyən, evimi satıb, o kişiyə vermişəm. Səni niyə başa salan yoxdur ki, kişiyə pul vermək olmaz. Qadın niyə verməlidir ki? Pulu olmayan kişi necə ödənişlə müğənni çağıra bilər? Deməli, bu, iftiradır. Ailə üzvlərini az söydür. Deyib ki, bu kişi əvvəl imkanlı idi, müğənni olmağıma dəstək olub. İndi yoxudur, başına hadisə gəlmişdi, evimi satıb verdim ki, işlərini həll etsin, sonra qaytarar. O vəziyyətə düşən adam 5 minə müğənni çağıra bilməz".
Sənətçinin "odlu-alovlu" açıqlaması qalmaqalı daha da böyüdüb./Milli.Az
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.
"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".
“Həyat doğrudan da hər gün yeni sınaqlar, gözlənilməz anlar və dayanmadan irəliləməyi tələb edən bir mübarizədir. Bəzən bu yolda bir az motivasiyaya, bəzən isə sadəcə rahatlamağa ehtiyac duyulur”.