banner
banner

Təhsİl

DİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq

DİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq
Qarlı və şaxtalı hava şəraitinin hökm sürdüyü günlərdə valideynləri və şagirdləri ən çox narahat edən məsələlərdən biri də məktəblərdə dərslərin taleyidir. Yolların buz bağlaması fonunda dərslərin gec başlanması və ya təxirə salınması mümkün ola bilərmi?

Cia.az-a mövzu ilə bağlı danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hazırkı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı yüksək deyil və bu səbəbdən dərslərin gec başlanmasına və ya təxirə salınmasına ehtiyac yoxdur.

Onun sözlərinə görə, yalnız ciddi qar yağışı və ya yolların buz bağlaması halında Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq qərar qəbul olunur:

“Belə vəziyyətlərdə dərslərin gec başlanması, təxirə salınması və ya başqa tarixlə əvəzlənməsi zərurəti yarana bilər. Hazırda isə hava şəraiti buna əsas vermir”.

Ekspert qeyd edib ki, kəskin şaxta və buzlu hava şəraitində şagirdlərin və müəllimlərin sürüşmə riski artır, bu da insan həyatı üçün təhlükə yarada bilər. Məhz bu səbəbdən hər il olduğu kimi, bu il də hava şəraiti kəskinləşərsə, müvafiq tədbirlərin görülməsi qaçılmazdır.

Ramin Nurəliyev vurğulayıb ki, ehtiyac yaranacağı təqdirdə məktəblərin 3–4 gün müddətinə tətilə buraxılması, dərslərin 1–2 saat gec başlanması və ya müəyyən dərslərin ləğv edilməsi mümkündür.

“Xüsusilə, dağ kəndlərində yollar buz



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda bu müəllimlərin dərs saatı azaldılır

Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.

DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.

MİQ üzrə vakant yerlərin SİYAHISI

Naxçıvan Muxtar Respublikası üzrə ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu müsabiqəsinə aid vakant yerlər açıqlanıb.