“iPhone 18”in baza modeli 2026-cı ildə buraxılmayacaq.
Bu barədə “MacRumors” nəşri məlumat yayıb.
Belə ki, bu ilin payızında “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və qatlanan “iPhone” kimi flaqman cihazların elan ediləcəyi gözlənilir.
Standart “iPhone 18” yalnız 2027-ci ilin yazında bazara çıxarılacaq.
Bildirilib ki, bu dəyişiklik məhsul xəttinin genişlənməsi ilə bağlıdır. Belə ki, 2026-cı ilin sonuna qədər “iPhone 16e”, “iPhone Air” və köhnə nəsillər də daxil olmaqla, eyni vaxtda ən azı səkkiz fərqli “iPhone” modeli satışda ola bilər. Buraxılış siyasətindəki dəyişiklik “Apple” şirkətinə məhsulları fərqləndirməyə, daxili rəqabət olmadan hər bir modelin həyat dövrünü uzatmağa və satışları maliyyə ili ərzində daha bərabər paylamağa imkan verəcək.
Beləliklə, “Apple” şirkətinin 2026-cı ildə keçiriləcək ənənəvi sentyabr tədbiri yalnız premium seqmentə həsr ediləcək ki, bu da şirkətin strategiyasında yeni bir dövrün təcəssümü olacaq./Qafqazinfo
Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.
Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.
Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.