banner
banner

Sosİal

Bakıya bu tarixdə QAR YAĞACAQ - Dəqiq gün AÇIQLANDI

Bakıya bu tarixdə QAR YAĞACAQ - Dəqiq gün AÇIQLANDI

Azərbaycanın bəzi bölgələrində artıq qar yağır, dağlıq və dağətəyi ərazilər ağ örtük altındadır. Amma Bakı hələ də qara həsrət qalıb və paytaxt sakinləri qarın nə vaxt yağacağını maraqla gözləyir.

Bakıda yaxın günlərdə qarın yağması ehtimalı varmı?Globalinfo.az-a danışan ekoloq Arzu Mustafayevin sözlərinə görə, Azərbaycan ərazisində hava şəraitinə əsasən altı regionda formalaşan hava kütlələri təsir göstərir:

"Qarın düşməsi isə daha çox dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur. Bu zonalarda dəniz səviyyəsindən hündürlük, havanın temperaturu və atmosfer təzyiqi fərqlidir. Yağıntıların sulu qar və ya qar şəklində düşməsi məhz bu atmosfer şəraitində temperaturun mənfi dərəcələrdə olmasından qaynaqlanır".

A.Mustafayev deyib ki, qar olmasa da, bəzi yerlərdə gecələr temperatur sıfır dərəcə və hətta mənfi ola bilər:

"Bakı ərazisində qarlı yağış olmasa da, gecələr şaxta davam edəcək. Yanvarın 10-12-si arası yağıntıların konkret forması və miqdarı daha dəqiq müəyyənləşəcək. Bu dövrdə sulu qar və ya qar şəklində yağıntı gözlənilir. Ümumilikdə isə növbəti bir neçə gün ərzində böyük və intensiv yağışlar proqnozlaşdırılmır".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.