banner
banner

Cəmİyyət

Nizami rayonunda ağaclar kəsilir? Sakinlər narazıdır - Qurumdan CAVAB

Nizami rayonunda ağaclar kəsilir? Sakinlər narazıdır - Qurumdan CAVAB

Bu gün səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 9 ünvanı ilə üzbəüz yerləşən parkda növbəti dəfə ağacların kəsilməsi faktı qeydə alınıb.

Bu barədə Cia.az-a ərazidə yaşayan sakinlər məlumat veriblər.

Sakinlərin bildirdiyinə görə, sözügedən parkda ağacların kəsilməsi artıq mütəmadi xarakter alıb. Onlar iddia edirlər ki, hər il, xüsusilə də havaların normal və küləksiz keçdiyi günlərdə park ərazisində ağacların kəsilməsinin şahidi olurlar.

Park yaxınlığında yaşayan sakin Aqşin Əliyev Musavat.com-a açıqlamasında bildirib ki, son iki gündür hava şəraiti olduqca əlverişlidir və güclü külək müşahidə olunmayıb:

“Nə güclü külək olub, nə də hansısa ağacın aşması faktı var. Buna baxmayaraq, yenə də ağaclar kəsilir. Bu, ilk hal deyil. Ötən il də eyni vaxtlarda çox sayda ağacın kökündən kəsildiyini görmüşdük. Axşam saatlarında kəsirdilər, səhər isə artıq izini-tozunu təmizləyib aparmışdılar”.

Sakinlər ötən il çəkilən fotoları da Musavat.com-a göndəriblər.

Fotolardan da görünür ki, parkda sağlam görünüşlü ağaclar kəsilib.

Musavat.com-un əməkdaşı hadisə yerinə yollanıb.

Əraziyə baxış zamanı həqiqətən də ağacların kəsilməsi prosesinin davam etdiyi müşahidə olunub. Jurnalist ağacları kəsən şəxslərlə söhbət edib. Onlar bildiriblər ki, ağaclar guya güclü külək nəticəsində aşma təhlükəsi yaratdığı üçün kəsilir. Onların sözlərinə görə, təhlükəsizlik məqsədilə bu addım atılıb. Lakin sakinlərin dedikləri bu arqumentlə ziddiyyət təşkil edir. Belə ki, kəsilən ağacların heç birinin aşmadığı, sadəcə təbii şəkildə bir qədər əyri bitdiyi aydın görünür. Buna baxmayaraq, ağacları kəsən şəxslər ağacların “külək nəticəsində təhlükə yaratdığını” iddia ediblər.

Qeyd edək ki, sakinlər bu parkda işıqların söndürülməsi ilə bağlı narazılıqlarını bildiriblər:

“Biz bir dəfə bu məsələni qaldırmışdıq, bir müddət yandırdılar, indi yenə park zülmət qaranlıq içində olur. Hər gün işdən evə qayıdanda bir hadisə olacaq deyə yolumuzu dəyişirik”.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq.

Qurumdan Musavat.com-a bildirildi ki, sakinlərin müraciəti əsasında və aidiyyəti qurumların rəyi nəzərə alınaraq sözügedən ünvanda mövsümi sanitar-aqrotexniki budama işləri aparılır:

“İllər öncə güclü külək nəticəsində aşan, lakin inkişafı davam edən iydə ağacı ətrafındakı qazon örtüyünə lazımi qulluq göstərilməsi məqsədilə budanıb. Eyni zamanda, parkdakı bəzi dekorativ ağaclar təhlükəsizlik kameralarının görüntüsünə mane olduğu üçün onlara da müvafiq qaydada aqrotexniki qulluq göstərilib.

Xüsusi olaraq vurğulayırıq ki, ərazidə hər hansı bir ağacın kəsilməsindən söhbət gedə bilməz, aparılan işlər yalnız mövsümi budama və profilaktik xarakter daşıyır”.

Afaq Mirayiq,
Fotolar müəlifindir,
Musavat.com

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdən ev ALMAYIN - 1 mənzil 3-4 nəfərə SATILIRMIŞ

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.

Sabiq icra başçısı lüks sauna tikdirdi - Fəhlələrin pulunu vermədi

Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.

Vüqar Gülməmmədovun qardaşı necə məmur oldu - SENSASİON TƏFƏRRÜATLAR

Dünyada dövlət vəsaitlərinin xərclənməsi üzərində ali maliyyə nəzarətini həyata keçirən qurumlar məmur aparatının ən çox çəkindiyi subyektlər olur: büdcədən alınan hər qəpiyə görə həmin quruma izahat vermək ehtimalı böyükdür. Çünki belə qurumlar vətəndaşların, biznesin ödədiyi vergilərdən formalaşan dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsinin qarşısını alan əsas orqanlardan biri olur, vaxtaşırı büdcədən çox pul alan təşkilatları yoxlayır, layihələri araşdırır. Və belə qurumlara adətən böyük səlahiyyətlər verilir ki, heç kimdən qorxmadan büdcə vəsaitlərinin oğurlanmasının qarşısını alsınlar.

Bakıda piyada səkilərinin qanunsuz zəbtinin qarşısı alındı - Fotolar

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakıda piyada yönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi, ictimai məkanların daha əlçatan olması əsas prioritetlərdən biri kimi müəyyən olunub.