banner
banner

Sosİal

Şəhid ailəsi şikayətçidir

Şəhid ailəsi şikayətçidir

Ağcabədi şəhəri, Əli Talıbov küçəsi. ev 77 –də yaşayan Talıbova Xanım Muxtar qızı Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyevin şəhid ailəsinə etdiyi haqsızlıqlarla bağlı ölkə başçısına müraciət edib.

Şikayətçi “Qafqazinfo”ya göndərdiyi müraciətində qeyd edir ki, həyat yoldaşı Əli Talıbov Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

“Yaşadığımız küçə hazırda onun adını daşıyır. Çox təəssüflər olsun ki, vəzifəyə təsadüfi gəlmiş, öz vəzifə səlahiyyətləri və haramlıqla topladığı kapitalı hesabına, DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev tutduğu mövqedən və şəxsi əlaqələrindən istifadə edərək, şəhidin adını daşıyan küçədə, həmin şəhidin ailəsinə məxsus, yoldaşımın şəhid olmazdan qabaq özünün bünövrəsini qoyduğu, həmçinin 29.10.1991-ci il tarixli Ağcabədi şəhər XDS icraiyyə komitəsinin sərancamı ilə Ağcabədi rayon Kooperativ Cəmiyyətinin balansında olan eyni zamanda bu günə qədər faktiki mənim istifadəmdə olmuş mağazanın tikintisi üçün ayrılmış və həmin mağazanın altında yerləşən torpaq sahəsinə pul gücünə 07.08.2012-ci il tarixdə saxta kadastr planı üzrə sənəd alıb.

Çoxsaylı müraciətlərim əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən araşdırma aparılaraq tam sübut olunub ki, həmin torpaq sahəsi heç zaman Ramiz Mehdiyevin qanuni istifadəsində və ya mülkiyyətində olmayıb. Həmin sənəd onun adına saxta yolla verilib və həmin saxta “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin ləğv edilməsi üçün Komitə tərəfindən Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia da qaldırılıb.

Artıq bu qanunsuzluq faktı öz təsdiqini tapsa da, DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev öz qanunsuz əməlindən əl çəkmək istəmir.

Onun əməli qanunsuzluqdan çox, şəhid ailəsinə, onun ruhuna hörmətsizlikdir. Dəfələrlə DSMF-yə Ramiz Mehdiyevin qanunsuz əməlləri barədə müraciət etməyimə baxmayaraq onun barəsində heç bir araşdırma aparılmayıb”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.