banner
banner

Sosİal

Yas məclisləri ilə bağlı QƏRAR - Bütün ölkə üzrə...

Yas məclisləri ilə bağlı QƏRAR -

Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan verilməsi uzun illərdir ənənə halını alıb. Bir neçə ildir yas mərasimlərində bol süfrələrin açılması ciddi şəkildə tənqid edilir. Lakin hələ də yas mərasimlərində dəbdəbəli ehsan süfrələrini tam yığışdırmaq mümkün olmayıb.

Qeyd edək ki, ictimaiyyət tərəfindən ciddi şəkildə müzakirə edilən bu məsələ israfçılıq, özünü göstərmə və s. kimi də qiymətləndirilir. Doğrudur, bəzi rayon və kəndlərdə yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb və hamı bir qayda ilə süfrəyə çay, limon, halva və xurma verir. Ancaq bu nümunə bəzi bölgələrdə tətbiq olunur. Bu günlərdə Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsinin ləğv edilməsi haqqında məlumat yayıldı. Yasda, əsasən, təkcə çay süfrəsinə icazə verilir. Yas mərasimlərində təntənəli ehsan süfrələrinin ləğv edilməsi təqdirolunası bir qərardır. Maraqlıdır, bu qərar bütün ölkə üzrə şamil oluna bilərmi?

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı nocomment.az-a danışan İlahiyyatçı Ağa Hacıbəyli deyib ki, Azərbaycanda yas mərasimləri ilə bağlı son illər aparılan təbliğatın müsbət nəticələri tədricən özünü göstərir. Müxtəlif rayon və bölgələrdə bu mərasimlərin daha səliqəli, mədəni və israfdan uzaq keçirilməsi ilə bağlı xoş xəbərlər eşidilir:

Qeyd olunur ki, bu məsələnin tam şəkildə həlli yalnız qanunlarla mümkün deyil. Daha çox maarifləndirmə, düzgün izah və mədəni dəvət yolu ilə insanlar bu dəyərləri qəbul etməli və dərk etməlidirlər. Qanun vacib olsa da, insan onu anlayaraq qəbul etdikdə daha düzgün tətbiq edir. Eyni zamanda diqqətə çatdırılır ki, israf problemi təkcə yas mərasimləri ilə məhdudlaşmır. Toy məclislərində baş verən israf çox zaman yas mərasimlərində ediləndən qat-qat artıq olur. Əgər məqsəd doğrudan da israfın qarşısını almaqdırsa, bu məsələyə kompleks yanaşmaq və bütün mərasimləri əhatə edən islahatlara ehtiyac var.

Din xadimlərinin də bu mövzuda düzgün mövqe ortaya qoymasının vacibliyi vurğulanır. Bildirilir ki, Peyğəmbərimizin (s.ə.s) dövründə yas mərasimləri sadə formada, üç gün ərzində keçirilir, əsas diqqət isə yas sahibinə dəstək olmağa yönəlirdi. Zamanla formalaşan bəzi adətlərin bu mahiyyəti dəyişdirdiyi qeyd olunur. Ümid edirik ki, aparılan təbliğat və maarifləndirmə nəticəsində cəmiyyət bu dəyərləri yenidən mənimsəyəcək və yas mərasimləri öz mahiyyətinə uyğun şəkildə keçirilməyə başlayacaq”, – ilahiyyatçı yekunlaşdırıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.

Bu bayram rayona getmək istəyənlərə pis xəbər – 800 manatlıq xərc gözlənilir

“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.