banner
banner

Sosİal

Xarici ölkədə yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Bu halda pensiyanız kəsiləcək

Xarici ölkədə yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Bu halda pensiyanız kəsiləcək

Son illər müxtəlif səbəblərdən xarici ölkələrə köçən Azərbaycan vətəndaşlarının sayı artmaqdadır. Bu isə onların sosial təminatı, xüsusilə də pensiya hüquqlarının taleyi ilə bağlı sualları aktuallaşdırır. Başqa ölkədə yaşayan şəxsin Azərbaycandan aldığı pensiya dayandırıla bilərmi, yoxsa bu hüquq müəyyən şərtlər daxilində qorunur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, “Əmək pensiyaları haqqında” qanunun 43-cü maddəsinə əsasən, Azərbaycan Respublikasından xarici dövlətin ərazisinə köçmüş, lakin Azərbaycan vətəndaşlığını saxlayan şəxslərin pensiya hüququ qorunur.

“Belə şəxslər pensiyalarını öz istəklərinə uyğun olaraq ya Azərbaycan ərazisində mövcud olan ya da yaşadıqları xarici ölkənin müvafiq bank hesabına köçürülməsi üçün müraciət edə bilərlər”.

Əmək hüquqları üzrə ekspert Etibar Qarayev isə qeyd edib ki, vəziyyət vətəndaşlıq dəyişdikdə fərqli olur.

“Əgər şəxs Azərbaycan Respublikası vətəndaşlığından çıxaraq başqa ölkənin vətəndaşlığını qəbul edərsə və həmin dövlətdə əmək fəaliyyəti ilə məşğul olarsa, bu halda onun Azərbaycandan aldığı təqaüd dayandırılır”.

Beləliklə, mütəxəssislərin fikrincə, vətəndaşın pensiyasının dayandırılıb-dayandırılmaması əsasən onun Azərbaycan vətəndaşlığını saxlayıb-saxlamamasından asılıdır. Vətəndaşlıq qorunduğu halda pensiya hüququ da qüvvədə qalır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.