banner
banner

Hərbİ

Azərbaycan Ordusu mühüm təlim keçirdi - FOTOLAR

Azərbaycan Ordusu mühüm təlim keçirdi - FOTOLAR

Azərbaycan Ordusunun N hərbi hissəsinin taktiki təlimi keçirilib.

Bu barədə Cia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində bölmələrin tapşırıqların icrası ilə bağlı fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib, komandirlərin qəbul edilmiş qərarlara dair məruzələri dinlənilib.

Təlimin keçirilməsində əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

TƏCİLİ! Nəsimi Musayevdən XƏBƏR VAR

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin cinayət işi məhkəməyə göndərilib. Onun məhkəməsi İrəvanda deyil, Sünik (Zəngəzur) vilayətində keçiriləcək.

Dövlət qulluqçuları və hərbçilərin pensiyası ilə bağlı MÜHÜM XƏBƏR

Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqini nəzərdə tutan dəyişiklikləri son oxunuşda qəbul edib.

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.