banner
banner

Dünya

İran və İsrail arasında GİZLİ RAZILAŞMA

İran və İsrail arasında GİZLİ RAZILAŞMA
İran və İsrail Rusiyanın vasitəçiliyi ilə bir-birinə hücum etməmək barədə qeyri-rəsmi razılığa gəlib.

Cia.az xəbər verir ki, The Washington Post  nəşrinin mənbələrə istinadən yazdığına görə, tərəflər 2025-ci ilin dekabr ayının sonlarında Rusiya kanalı ilə qarşılıqlı mesajlar ötürərək bir-birlərinə zərbə endirmək niyyətində olmadıqlarını bildiriblər.

Bu razılaşma İsrailin Livanda “Hizbullah” hərəkatına qarşı genişmiqyaslı hərbi kampaniya hazırladığı bir vaxta təsadüf edib.

WP-yə danışan iki mənbə bildirib ki, İran İsrailin təklifinə müsbət yanaşıb. Bununla belə, Tehranda ehtiyatlı mövqe qorunub, çünki İsrailin verdiyi təminatlar ABŞ-nin İsraillə koordinasiyalı şəkildə İrana zərbə endirməsi ehtimalını istisna etməyib.

Nəşr yazır ki, İran şəhərlərində baş verən etirazlar fonunda bu qeyri-rəsmi razılaşmaya tərəflərin münasibətinin dəyişib-dəyişmədiyi hələlik aydın deyil. Eyni zamanda, İsrailin mümkün ABŞ zərbələrinə qoşulmaq üçün razılaşmadan imtina edib-etməyəcəyi də sual altındadır.

Bu arada, İsrail hakimiyyətinin adının açıqlanmasını istəməyən nümayəndəsi WP-yə bildirib ki, “Hizbullah”a qarşı əməliyyat İranla bağlı vəziyyətin inkişafından asılı olmayaraq gündəmdə qalır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyədə həyat İFLİC OLDU

İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.