Türkiyə Ermənistanla sərhədi açmağa hazırlaşır - TARİX
Türkiyə ilə Ermənistan arasında uzun illərdir bağlı qalan sərhədlə bağlı mühüm mərhələyə keçilir.
Cia.az xəbər verir ki, Ankara sərhəd-keçid məntəqəsinin cari ayın sonuna qədər açılmasını planlaşdırır.
Məlumata görə, işlər Türkiyənin İğdır vilayətinin Karakoyunlu rayonunda yerləşən Alican sərhəd-keçid məntəqəsində, eləcə də Ermənistanın Armavir vilayətindəki Marqara keçidində aparılır. Türkiyə tərəfində gömrük və əlaqədar prosedurlar üçün inzibati binalar tikilir, eyni zamanda Ermənistandan gələnlər üçün İğdır və ətraf bölgələri ziyarət etməyə çağıran məlumat lövhələri quraşdırılıb.
İğdır valisi Erkan Turan bildirib ki, hazırlıq prosesi fasiləsiz davam edir. Onun sözlərinə görə, hərbi postun yerinin dəyişdirilməsi başa çatdıqdan sonra ərazi Ticarət Nazirliyinə təhvil veriləcək və bundan sonra sərhəd-keçid məntəqəsi ayın sonuna qədər rəsmi şəkildə xidmətə açılacaq.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.