banner
banner

Maraqlı

Asanlıqla etibar edən 3 bürc: Onlar hər kəsə yaxşı enerji yayırlar

Asanlıqla etibar edən 3 bürc: Onlar hər kəsə yaxşı enerji yayırlar

Astrologiyada bəzi bürclər var ki, onların qəlbində pislik yoxdur. Bu bürclər qarşı tərəfi tanımadan belə, onlara dərhal inanmağa və etibar etməyə meyillidirlər. Həmin bürclər ətraflarına pozitiv enerji yaymaqla yanaşı, həm də insanların içindəki yaxşılığa fokuslanırlar.

Balıqlar bürcü (Ən şəfqətli bürc)
Balıqlar bürcləri emosional və xəyalpərəst təbiətləri ilə tanınırlar. Onlar hər kəsin bir gün dəyişə biləcəyinə və ya hər kəsin daxilində gizli bir yaxşılıq olduğuna inanırlar. Bu bürcün nümayəndələri çox vaxt məntiqdən çox hissləri ilə hərəkət etdikləri üçün qarşısındakı insana qısa müddətdə ürəyini açırlar.

Oxatan bürcü (Düzgünlüyün tərəfdarı)
Oxatanlar həyata hər zaman optimist baxırlar. Onlar üçün dünya kəşf edilməli gözəl bir yerdir və bu səyahətdə rastlaşdıqları hər kəsə dürüst yanaşırlar. Özü dürüst olduğu üçün başqalarının da elə olduğunu düşünürlər. Bu pozitiv yanaşma bəzən onların asanlıqla aldanmasına səbəb olsa da, onlar yaxşı enerji yaymaqdan heç vaxt vaz keçmirlər.

Qoç bürcü (Səmimiyyət axtaranlar)
Qoç bürcləri içində nə varsa, dilində də o olan insanlardır. Onlar oyun qurmağı və ya hiyləgərliyi sevmirlər. Bu səmimiyyəti qarşı tərəfdən də gözlədikləri üçün insanlara çox tez güvənirlər. Qoçların hərəkətli və enerjili təbiəti ətrafdakı insanları ruhlandırır, lakin onların bu cəsur etibarı bəzən xəyal qırıqlığı ilə nəticələnə bilər./Milli.Az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər

Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.

Pendir əhvalı yaxşılaşdırır

Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur. Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər