banner
banner

Sosİal

Bakıda 5 nəfər dəm qazından öldü - Birinin 10 yaşı var - Yenilənib

Bakıda 5 nəfər dəm qazından öldü - Birinin 10 yaşı var - Yenilənib

Bakıda daha iki nəfər dəm qazından ölüb.

“Cia.az” xəbər verir ki, 2001-ci il təvəllüdlü Əhmədəli Əhmədzadənin meyiti dünən saat 21 radələrində yaşadığı Yasamal rayonu Mirzə Cabbar Məmmədzadə küçəsindəki evdə tapılıb.

Onun hamam otağında dəm qazından zəhərlənərək öldüyü müəyyənləşib.

Oxşar hadisə Binəqədi rayonunda da baş verib. 2006-cı il təvəllüdlü Fərəc Nazim oğlu Rzayev dünən yaşadığı Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

***

Bu gecə saaat 01 radələrində isə 2016-cı il təvəllüdlü Uğur Samid oğlu Vəlizadə yaşadığı Binəqədi rayonu E.Babayev küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan 10 yaşlı oğlan vəfat edib.

Xəzər rayonunda isə 2 nəfər dəm qazının qurbanı olub. Buzovna qəsəbə sakini 2012-ci il təvəllüdlü Əli İsmayıl oğlu Nəsirov və Binə qəsəbə sakini 1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov yaşadıqları evin hamam otaqlarında dəm qazından zəhərlənərək ölüblər.

Hər bir faktla bağlı müvafiq araşdırmalar aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.