Azərbaycanda 16 dərəcə şaxta: Bu yolları buzdan keçmək olmayacaq
Yanvarın 23-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən cia.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 65-70 % təşkil edəcək.
Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 12-16 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Bu ilin yanvar-mart aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 11 % (187 milyon manat) çox olmaqla 1 milyard 955 milyon manat vəsait yönəldilib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu ilin aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı, aylıq yağıntının miqdarının da iqlim normasına yaxın, bəzi ərazilərdə normadan bir qədər çox olacağı ehtimal olunur.
Aprelin 20-də Bakıda və Abşeron yarımadasında, eləcə də, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
"Söküntü prosesi paytaxtın bütün 12 rayonunun ərazisini əhatə edəcək. "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na əsasən, söküntü olan ərazilərdə yeni binaların tikilməsi, parkların salınması, yeni metro stansiyalarının və tramvay xəttinin inşası nəzərdə tutulur".