Manaf Ağayevdən qadın həmkarına sərt sözlər: “Yanıb-tökülürəm, səni Türkiyəyə, Dubaya aparmışdım, amma sən..."
“Əlindən tutub səhnəyə gətirdiyim, istər maddi, istərsə də mənəvi dəstək olduğum insan indi deyir ki, bu yerə özüm gəlmişəm, hər şeyi özüm etmişəm. Yanıb-tökülürəm. Sənin görmədiyin pulları sənə vermişdim”.
Cia.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Tarixin bir günü” verilişində deyib.
Müğənni ad çəkmədən həmkarı Sevil İskəndərliyə sərt sözlər ünvanlayıb: “Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya, dünyanın hər yerinə aparıtdım. İndi necə deyə bilərsən ki, bunları özün etmisən? Allahdan qorxmursan?!”
Xatırladaq ki, müğənni Sevil İskəndərli bir neçə gün öncə efirdə belə bir açıqlama vermişdi:
“Manaf Ağayevlə 5 il toylara getmişik. Amma mənim bu sənətə gəlişimə Manaf Ağayev dəstək olmayıb, dəstəyim Allah olub. Özüm öz gücümlə bu yerə gəlmişəm”.
Onun bu açıqlaması Manaf Ağayevi özündəm çıxartmışdı və açıqlamalarında ad çəkmədən həmkarını nankor adlandırmışdı.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.
"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".
“Həyat doğrudan da hər gün yeni sınaqlar, gözlənilməz anlar və dayanmadan irəliləməyi tələb edən bir mübarizədir. Bəzən bu yolda bir az motivasiyaya, bəzən isə sadəcə rahatlamağa ehtiyac duyulur”.