banner
banner

Şou

“Ərim bir gecəliyinə sənə kişiliyini sübut edər” dedi, cavab verəcək - Səidə Bəkirqızından ŞOK AÇIQLAMALAR

“Ərim bir gecəliyinə sənə kişiliyini sübut edər” dedi, cavab verəcək - Səidə Bəkirqızından ŞOK AÇIQLAMALAR
Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasında qalmaqal səngimək bilmir. Belə ki, Səidə Bəkirqızı Rəqsanənin “body” geyimdə fotosessiyasını tənqid edərək bildirib:

“Rəqsanə xanım, kim deyib ki, ayaqlarınızı açsanız, gözəl və şarmlı görünəcəksiniz? Vallah, sizi aldadıblar. Fazil bəy bu fotosessiyaya nə deyib?”

Bu fikirlərdən sonra Rəqsanə İsmayılova sosial şəbəkə hesabında aparıcının şəxsi həyatı ilə bağlı iddialar səsləndirib. O, hətta Səidə Bəkirqızının atasını təhqir edib.

Cia.az  mövzuyla bağlı aparıcı Səidə Bəkirqızı ilə əlaqə saxlayıb.

- Hazırda Rəqsanə İsmayılova ilə qalmaqal yaşayırsınız. Sizin onunla bağlı paylaşdığınız videodan sonra o da sizə cavab verib.

- Mən bu işin başını buraxmayacağam. Dediyi bütün sözləri sübut edəcək. Heç kim mənim haqqımda yalan informasiya yaya bilməz. Özünə hörmət etməyən, soy-kökü olmayan biri mənim atama toxuna bilməz. Bunu heç kimə keçmərəm.

Mənim şərəf və ləyaqətim alçaldılıb, haqqımda kütləvi informasiya vasitələrində və sosial mediada yalan məlumatlar yayılıb. Mən heç kimin atasına toxunmamışam, amma mənim atama toxundular. Heç kimi təhqir etməmişdim, məni təhqir etdilər.

Heç kimin kişiliyini şübhə altına almamışdım. “Ərim bir gecəliyinə sənə kişiliyini sübut edər” kimi ifadələr işlədilibsə, onların hamısının cavabını verəcək. “Naxçıvanlıdır” deyir, kimdirsə, mən tanımıram, özləri tanıyır. Dediklərinin hamısına görə cavab verəcək. 

- Artıq hüquqi addım atmısınızmı?

- Hələ bu gün başlayıb. Bu gün hara lazımdırsa, müraciət edəcəyəm. Hara qədər lazımdırsa, gedəcəyəm.

- Rəqsanə xanım sizinlə əlaqə saxlayıb üzr istəsə, barışıq mümkündürmü?

- Üzr söhbəti ola bilməz. Zərrə qədər də barışıqdan söhbət gedə bilməz. Dediyi hər kəlmənin bədəlini ödəyəcək.

Mənim atamın, babamın adını çəkərək video çəkib söymək cinayətdir. Ev dustaqlığında olan, barəsində cinayət işi bağlanmamış biri üçün bu, ona çox baha başa gələcək. Balalarıma “yetim qalacaqlar”, “zəhər verilsin” deyib.

Məni tanıyan bilir ki, 20 ildir gözəl ailəm var. Bunu hamı bilir. 25 il əvvəl kimsə məni sevə, elçi gələ bilərdi – bu, normaldır. Kim zəng edirsə etsin, kim xahiş edirsə etsin, bu məsələnin dibinə qədər gedəcəyəm.

- Bu məsələ ilə bağlı sizə zəng və ya xəbərdarlıq olubmu?

- Özünə hörmət edən adam Rəqsanəyə görə mənə zəng etməz. Mən Rəqsanəni təhqir etməmişdim. Sadəcə demişdim ki, Rəqsanə kimi qadını evinin xanımı etmək hər kişinin işi deyil, müğənni ilə ailə qurmaq asan məsələ deyil.

- Rəqsanə xanım şəxsi həyatınızla bağlı iddialar səsləndirib və ona informasiya ötürənlərin olduğunu deyib. Kimdən şübhələnirsiniz?

- Mən Bayram Nurlu ilə bağlı video paylaşmışdım, çünki o demişdi ki, sənətkardır. O da video çəkib demişdi ki, guya mən bir naxçıvanlını “yeyib-talamışam”. Sonra mənimlə əlaqə saxladı, üzr istədi. Dedim ki, bunu deyəndən sonra kişi adamsan və Bayramı bağışladım. Rəqsanə tərəfi isə bunu bayraq edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.

"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" - Foto

"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".