Bakıdan saxta pasportla Almaniyaya getmək istədi, həbs olundu
Heydər Əliyev Beynəlxalq Hava Limanında saxta pasportdan istifadə edərək Almaniyaya getməyə cəhd edən 1985-ci il təvəllüdlü Əlcəzair vətəndaşı Keddau Abdelhamid həbs olunub.
O, əvvəlcə Dövlət Sərhəd Xidmətinin sərhəd nəzarəti şöbəsinin sənədlərin yoxlanışı sərhəd naryadına Türkiyəyə gedəcəyini deyərək özünə aid Əlcəzair pasportunu təqdim edib.
O, rəsmi prosedurdan keçdikdən sonra gözləmə zalına keçib və bu zaman da Bakı-Frankfurt reysinə qeydiyyat aparıldığını görüb.
Abdelhamid fürsətdən istifadə edərək onlayn qaydada saxta Belçika pasportu ilə bilet alıb və təyyarənin minik qapısına yaxınlaşıb.
Lakin aviaşirkət əməkdaşı təqdim edilən pasportun müvafiq səhifəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinə məxsus giriş-çıxış tarix ştampları olmadığını görüb və aidiyyəti üzrə məlumat verib.
Saxta pasportu Belçikadan 2000 avro qarşılığında alan Əlcəzair vətəndaşı törətdiyi əmələ görə Azərbaycanda 7 ay həbsdə qalmalı olacaq. /Teleqraf
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.