“Ümumiyyətlə, ölkəmizdə çox müsbət biznes mühiti mövcuddur. Biz nəhəng sərmayələri cəlb etmişik. Əgər ölkənin ölçüsünə və əhalinin sayına baxsanız, son iki onillik ərzində 350 milyardlıq sərmayə həqiqətən çox böyük rəqəmdir”.
Bunu Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
“Hamımızın bildiyi kimi, sərmayələr istənilən ölkənin inkişafında əsas aparıcı qüvvədir. Biz və qanunvericiliyimiz hər zaman xarici sərmayələrə açıq olub. O cümlədən 30 il əvvəl imzalanmış pay bölgüsü sazişlərinə gəldikdə, heç bir söz belə dəyişməyib.
Bilirəm ki, belə hal dünyanın hər yerində olmur. Bəzən siz danışıqlar aparmaq, müəyyən güzəştlərə getmək və sonra isə şərtlərə yenidən baxmaq istəyirsiniz. Burada heç zaman elə hal olmayıb, çünki biz tam əminik ki, xüsusi olaraq, dediyim kimi, 1990-cı illərin əvvəlində yoxsul vəziyyətdə olmuş ölkəyə etimad qurulmalı idi. Siz etimadı illər boyu qurmalısınız və yalnız bir səhv addım həmin etimadı poza bilər. Bir sözlə, biz həmin səhv addımı atmamışıq. Əksinə, bu gün, bizimlə işləyən şirkətlərin sayı artır. Beynəlxalq əlaqələrimizin coğrafiyası da genişlənir. Bir çox ölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, sazişlər və bəyannamələr var. Ölkələrdən bəziləri bir-biri ilə yaxşı münasibətdə deyil. Lakin mən hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq”, - deyə Prezident vurğulayıb.
Prezident İlham Əliyev “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nı təsdiq edib.
“Ötən il tarixi Vaşinqton sammitindən sonra Prezident İlham Əliyev bildirib ki, Azərbaycan üçün sülh artıq baş verib. Sonrakı mərhələdə Azərbaycan tərəfindən önəmli addımlar atıldı”.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti (ŞƏT) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü söhbət edib.
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək sammitində iştirak etmək üçün Qırğızıstana yola düşüb. Dövlət başçısının səfərini işıqlandıracaq Azərbaycan jurnalistləri də artıq Bişkekə gediblər.