Prezident Administrasiyasının dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan keçmiş rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığında saxlanılması müddəti uzadılıb.
Səbail Rayon Məhkəməsi belə qərar qəbul edib.
Hakim cinayət işi üzrə hərtərəfli istintaq hərəkətlərinin aparılmasının vacibliyini nəzərə alaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş vəsatəti təmin edib. Qərara əsasən, Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri daha 4 ay uzadılıb.
Qeyd edək ki, özünü “boz kardinal” kimi tanıdan Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur. DTX-də aparılan araşdırma nəticəsində AXCP sədri Əli Kərimli, onun müavini Məmməd İbrahim və Ramiz Mehdiyevin yaxın adamı olmuş Eldar Əmirov da həbs edilib. Dünən onların da həbs müddəti 4 ay uzadılıb.
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.