banner
banner

İqtİsadİyyat

DİQQƏT! “Kapital Bank” və ABB adından vətəndaşlar BELƏ ALDADILIR: "Hesabınızda şübhəli əməliyyat aparılıb"

DİQQƏT! “Kapital Bank” və ABB adından vətəndaşlar BELƏ ALDADILIR: "Hesabınızda şübhəli əməliyyat aparılıb"

Son günlər xarici nömrələrdən vətəndaşlara Azərbaycan banklarının adından kütləvi zənglər daxil olur.

Bu barədə Musavat.com-a çoxsaylı müraciətlər ünvanlanıb. Şikayətçilərin sözlərinə görə, onlara xarici telefon nömrələrindən zəng edilərək özlərini “Kapital Bank” və ya “Azərbaycan Beynəlxalq Bankı”nın əməkdaşı kimi təqdim edən şəxslər kartla bağlı “şübhəli əməliyyat” həyata keçirildiyini bildirirlər. Saytımıza müraciət edən vətəndaşların sözlərinə görə, zənglər əsasən beynəlxalq telefon kodu Azərbaycanın (+994) koduna bənzəyən ölkələrdən – xüsusilə Şri-Lanka, Banqladeş və digər ölkələrdən daxil olur. Kiberdələduzlar ardıcıl və israrlı şəkildə zəng edərək istifadəçiləri təşvişə salmağa, kart məlumatlarını əldə etməyə çalışırlar.

Zərərçəkənlərdən biri Musavat.com-a bildirib:

“Mənə Şri-Lankadan zəng gəldi və cavab verdim. Özünü “Kapital Bank”ın əməkdaşı kimi təqdim etdi. Dedi ki, kartımla şübhəli əməliyyat həyata keçirilib. Soruşdum ki, əgər bank əməkdaşısınızsa, niyə başqa ölkənin kodu ilə zəng edirsiniz? Bu sualdan sonra telefonu dərhal söndürdü. Şri-Lanka nömrələri Azərbaycan nömrələrinə çox bənzədiyi üçün insanlar diqqətdən qaçıra bilir. Yaxın qohumlarım da nömrədəki kiçik fərqi hiss etməmişdi”.

Məlumata görə, fırıldaqçılar əsasən vətəndaşları qorxu və panika vəziyyətinə salaraq kartın üzərindəki məlumatları, SMS təsdiq kodlarını və digər məxfi informasiyaları öyrənməyə çalışırlar.

Qeyd edək ki, son günlər “Kapital Bank”ın müştərilərinin bank kartlarının kütləvi şəkildə bloklanması ilə bağlı məlumatlar da yayılıb. Musavat.com-un əldə etdiyi məlumata görə, müşahidə olunan bloklanmalar Mərkəzi Bankın nəzarət mexanizmlərini sərtləşdirməsi ilə əlaqələndirilir. Bildirilir ki, bank sektorunda maliyyə monitorinqi və şübhəli əməliyyatlara qarşı nəzarət tədbirləri gücləndirilib.

Eyni zamanda, bəzi məlumatlara görə, “m10” hesablarına müdaxilələr edilərək külli miqdarda vəsaitlərin oğurlanması halları da qeydə alınıb. Görünür, tətbiq olunan sərt nəzarət tədbirləri kütləvi xarakter alan kiberdələduzluq hallarının qarşısını almağa yönəlib.

Vətəndaşlara tövsiyə edilir ki, xarici nömrələrdən daxil olan və bank adından edilən zənglərə qarşı xüsusilə diqqətli olsunlar, kart məlumatlarını və SMS kodlarını heç bir halda üçüncü şəxslərlə paylaşmasınlar. Banklar rəsmi olaraq müştərilərdən telefon vasitəsilə məxfi məlumat tələb etmir.

Şahanə Rəhimli
Musavat.com

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

Neft qiymətləri kəskin dönüş etdi

Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.

Maşın almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.