Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada Azərbaycan Respublikasının Rusiyadakı səfiri Rəhman Mustafayev ilə görüş keçirib.
Cia.az Rusiya XİN-ə istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli gündəlikdəki aktual məsələlər müzakirə olunub, gələcək siyasi təmasların qrafiki razılaşdırılıb. Həmçinin, bəzi regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Rusiya və Azərbaycan arasında əməkdaşlıq bəyannaməsi çərçivəsində əlaqələrin inkişafına prinsipial sadiqlik bir daha təsdiqlənib.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da "John Deere" şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.
Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.