banner
banner

Dünya

Bin Ladin barədə şok sənədlər

Bin Ladin barədə şok sənədlər

Amerika kəşfiyyatı Usamə Bin Ladinə aid bəzi sənədləri yayımlayıb. 
Amerika Birləşmiş Ştatları Milli Kəşfiyyat İdarəsi Əl-Qaidə lideri Usamə bin Ladinin Pakistandakı evinə basqın zamanı ələ keçirilən bəzi sənədləri yayımlayıb. 
Bir neçə gün əvvəl məşhur jurnalist Seymur Herşin əl-Qaidə liderinin öldürüldüyü əməliyyatla bağlı ABŞ-ın yalan məlumat yaydığını deməsindən sonra bu sənədlər ortaya çıxıb. 

ABŞ kəşfiyyatının yaydığı sənədlərdə Bin Ladinin şəxsi həyatı ilə bağlı məlumatlarla yanaşı, məktubları, qruplaşma ilə yazışmaları, təşkilatlarına qoşulmaq istəyənlərin müraciət formalarını əks etdirən yüzdən çox yazılı və vizual materiallar yer alıb. 

Xatırladaq ki, əl-Qaidə lideri Usamə Bin Ladin 2011-ci il may ayında Pakistanın paytaxtı İslamabad yaxınlığındakı Abbotabadda gizləndiyi evdə keçirilən əməliyyat zamanı öldürülmüşdü.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.