Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, fevralın 14-də iki yeniyetmə boksçu – Vaqif Rüfət oğlu Məhəmmədli və Əli Fazil oğlu Ruşanov arasında şəxsi məşqçilərinin istəyi ilə sınaq döyüşü (sparrinq) keçirilib.
6-7 dəqiqə davam edən sparrinq zamanı Əli Ruşanov huşunu itirərək yerə yıxılıb. Dərhal təcili tibbi yardım briqadası müdaxilə edib. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Vaqif Məhəmmədli və Əli Ruşanov yaxın günlərdə keçiriləcək yeniyetmələr arasında Azərbaycan çempionatına hazırlaşmaq üçün məşqçiləri ilə birlikdə Bakıya gəliblər.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”, – deyə federasiyanın mətbuat xidmətindən bildirilib.
***
Bakıda boksçu yarışda ölüb.
Hadisə Xətai rayonu 8 Noyabr prospektində yerləşən Azərbaycan Boks Federasiyasında qeydə alınıb.
Orada keçirilmiş döyüş zamanı Mingəçevir şəhər sakini, 2010-cu il təvəllüdlü Əli Fazil oğlu Ruşanov başından zərbə alaraq xəstəxanaya yerləşdirilib və orada ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır./Lent.az
UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl” və “Qarabağ” komandaları arasında keçiriləcək cavab oyununa təyinatlar açıqlanıb.
ABŞ səfirliyi azərbaycanlı futbolçu Nəriman Axundzadəni ABŞ-ın Ohayo ştatını təmsil edən “Columbus Crew” klubu ilə müqavilə imzalaması münasibətilə təbrik edib.
Zaqatala rayonunun Aşağı Tala kəndində intihar hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, 1992-ci il təvəllüdlü Sabit adlı kənd sakini dünən axşam saatlarında özünü asaraq həyatına son qoyub.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, Sabit Ağayev futbolla məşğul olurmuş.
Faktla bağlı araşdırma aparılır.
Şahanə Rəhimli
Musavat.com