Azərbaycanda təhsil haqqında dövlət sənədlərinin verilməsi prosesində rəqəmsallaşmaya keçid təmin edilir. Yaxın perspektivdə diplom, attestat və digər təhsil sənədləri elektron formatda təqdim olunacaq.
Cia.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən media brifinqində açıqlama verib.
Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən təhsil sənədlərinin tam elektron formada hazırlanmasına dair müvafiq qaydalar artıq təsdiqlənib. Yeni mexanizmə əsasən diplomlar, attestatlar, sertifikatlar və onların əlavələri ali, orta ixtisas, peşə və ümumi təhsil səviyyələri üzrə hüquqi qüvvəyə malik rəqəmsal sənəd kimi formalaşdırılacaq:
“Sözügedən sənədlər Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi vasitəsilə hazırlanacaq və Elektron Hökumət İnformasiya Sistemi üzərindən təhlükəsiz şəkildə təqdim olunacaq”.
İdarə rəisi əlavə edib ki, elektron təhsil sənədlərinə xüsusi ştrix-kod inteqrasiya ediləcək. Bu isə təqdim olunan diplom və attestatların həqiqiliyinin onlayn rejimdə yoxlanılmasına imkan yaradacaq.
Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.
2026-cı il üzrə müəllimlərin sertifikatlaşdırılması prosesində ən yüksək uğur göstəricisi texnologiya fənnini tədris edən müəllimlər arasında qeydə alınıb.
Yeni tədris ilinin başlanmasına iki aydan çox vaxt qalsa da, valideynləri indidən maraqlandıran əsas məsələ məktəbli formalarının qiymətidir. Bəs bu il qiymətlərdə dəyişiklik gözlənilir?
Ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.