banner
banner

Sosİal

Əhaliyə XƏBƏRDARLIQ: Küçəyə çıxmaq mümkün olmayacaq – Qardaş ölkəyə FIRTINA GƏLDİ

Əhaliyə XƏBƏRDARLIQ: Küçəyə çıxmaq mümkün olmayacaq –

Türkiyə güclü qar və soyuq hava şəraitinin təsiri altına düşüb. Balkanlar üzərindən gələn soyuq və yağıntılı hava dalğası ölkənin bir çox bölgəsində təsirini davam etdirir.

Cia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Meteorologiya Ümumi Müdirliyi 31 vilayət üzrə sarı kodlu xəbərdarlıq elan edib.

Bir sıra ərazilərdə güclü qar, sulu qar və leysan gözlənilir. Temperaturun mövsüm normasından aşağı olacağı bildirilir. Bəzi bölgələrdə küləyin sürəti 40-70 km/saatadək yüksələrək qısamüddətli fırtına yaradacaq.

Xüsusilə Qara dəniz bölgəsində güclü qar, daxili və şərq ərazilərdə isə buzlanma və don hadisəsi proqnozlaşdırılır. Dağlıq və maili sahələrdə uçqun təhlükəsi ilə bağlı da xəbərdarlıq edilib.

Əlverişsiz hava şəraiti səbəbindən bir çox vilayət və rayonlarda məktəblərdə tədris müvəqqəti dayandırılıb. Rəsmilər vətəndaşları zəruri olmadıqca küçəyə çıxmamağa, ehtiyatlı olmağa çağırır.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.