“Bu günlərdə marketlərdən birində kifli pendirin kif olan hissəsinin kəsilib yenidən satışa qoyulması ilə bağlı görüntülər yayılmışdı. Minlərlə soydaşımız keyfiyyətsiz məhsul almağa davam edir”.
Bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı bildirib.
“Çox ciddi bir faktdır. Bundan başqa, hansısa toyda, şənlikdə 200 adam zəhərlənir, amma nəticəsi nə olur? Heç kəs cəzalandırılmır. Bir ara “Leş Tofiq” adı ilə tanınan şəxs də ölü ət satırdı, tutulurdu, amma 3 gündən sonra azad edirdilər. Ombudsmanla əməkdaşlığı yenidən qurmalıyıq. Bu, olduqca təhlükəli faktdır. Azərbaycan vətəndaşlarına qarşı qida terrorunun qarşısı alınmalıdır”, - Ç.Qənizadə qeyd edib.
Millət vəkili televiziya efirləri ilə bağlı məsələyə də reaksiya verib: “Bundan başqa, əxlaqsız kişi və qadınları sosial şəbəkələrdən, telekanallardan yığışdırmaq üçün səsimizi ucadan çıxaraq. Səsimiz çox zəif çıxır”./Qafqazinfo
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib. Bəs “Şəki yaylası”nın sahibi Məhərrəm Novruzov kimdir?
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir.