Paytaxtın bir sıra küçə və prospektlərində artıq "ağıllı işıqfor" sistemi tətbiq olunmağa başlayıb. Süni intellekt texnologiyası ilə işləyən bu qurğular yol hərəkətinin real vaxt rejimində sıxlığını analiz edərək siqnalların müddətini avtomatik şəkildə tənzimləyir.
Pilot layihə çərçivəsində ümumilikdə 8 yol qovşağında işıqforlar quraşdırılıb.
Yeni sistem adi işıqforlardan fərqli olaraq, xüsusilə pik saatlarda və yol-nəqliyyat hadisələri zamanı avtomobillərin hərəkət intensivliyinə uyğun şəkildə iş rejimini dəyişir. Bununla da nəqliyyat axını daha səmərəli idarə olunur.
Mütəxəssislər qeyd edirlər ki, nəqliyyatın az olduğu vaxtlarda yaşıl işığın müddətinin artırılması sürücülərin vaxt itkisini minimuma endirir. Beynəlxalq təcrübəyə əsasən, bu cür adaptiv sistemlər tıxacların həcmini 15-30 faizədək azaltmaq potensialına malikdir. Layihənin nəticələri müsbət olacağı təqdirdə, "ağıllı işıqfor"ların şəhərin digər ərazilərində də quraşdırılması planlaşdırılır.
Qeyd edək ki, sosial şəbəkələrdə bu işıqforların avtomobilləri cərimələdiyi ilə bağlı xəbərlər yayılsa da bu iddialar reallığı əks etdirmir. Cərimələmə funksiyası kameralara, tənzimləmə isə işıqfora aiddir./Milli.Az
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Astroloqların proqnozlarına görə, iyul ayında bəzi tarixlər yeni başlanğıclar, maliyyə uğurları və şəxsi münasibətlər baxımından daha əlverişli enerji ilə seçilə bilər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.