Mart ayında Azərbaycanda qeyri-iş günlərinin sayı açıqlanıb.
Cia.az xəbər verir ki, qarşıdan gələn ay ərzində ölkədə üç bayram – 8 Mart Beynəlxalq Qadınlar Günü, eləcə də Ramazan və Novruz bayramları qeyd ediləcək.
Təqvimə əsasən, martın 8-i bazar gününə təsadüf etdiyindən 9 mart da istirahət günü olacaq. Bundan əlavə, 20–24 mart tarixləri Novruz bayramı günləri kimi qeyd olunur. 21 və 22 martın həftəsonuna düşməsi səbəbindən 25 və 26 mart da qeyri-iş günü elan ediləcək.
Eyni zamanda, martın 20–21-də qeyd olunan Ramazan bayramı digər bayram günləri ilə üst-üstə düşdüyünə görə, Əmək Məcəlləsinə uyğun olaraq 27 və 30 mart tarixləri də istirahət günü sayılacaq.
Beləliklə, bayramlar və həftəsonları nəzərə alınmaqla mart ayında ümumilikdə 17 qeyri-iş günü olacaq. Novruz və Ramazan bayramları ilə əlaqədar isə 20–30 mart tarixləri aralığında ardıcıl 11 gün iş olmayacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.