İran rəsmiləri bir neçə yüksək vəzifəli hərbçinin həlak olduğunu rəsmən açıqlayıb.
Cia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi yaydığı bəyanatda ölkənin yüksək rütbəli hərbi rəhbərlərinin ölümü ilə bağlı başsağlığı mesajı yayıb.
Məlumata əsasən, SEPAH-ın baş komandanı Məhəmməd Pakpur, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi, müdafiə naziri Əziz Nəsirzadə və Müdafiə Şurasının katibi admiral Əli Şamxani həyatını itirib. Açıqlamada həmçinin bildirilib ki, ötən gün ali dini lider vəzifəsinə təyin olunan Ayətullah Əlirza Ərafi də öldürülüb.
İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
ABŞ prezidenti Donald Tramp iyulun 16-da xalqa ünvanlayacağı növbəti müraciətində ABŞ ilə İran arasındakı hərbi münaqişə mövzusuna toxunmaq niyyətindədir.