banner
banner

Sosİal

Bakıda yeni tikiləcək 9 stansiyanın yerləri məlum oldu

Bakıda yeni tikiləcək 9 stansiyanın yerləri məlum oldu

Bakıda yeni tikiləcək metro stansiyalarının yerləri müəyyən edilib.

Sozcu.info xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib

O bildirib ki, artıq həmin stansiyaların yerləşəcəyi yerlər təsdiqlənib:

"Şərti adı "B-4" olan stansiyadan sonrakı "B-5" stansiyası metronun "Nizami" stansiyasının yaxınlığında - "Nizami Mall" ticarət mərkəzinin arxasında, Mərkəzi parkın ərazisində olacaq. Ondan sonrakı, "bənövşəyi xətt"in altıncı stansiyası olan "B-6a" stansiyası Sahil bağının altında yerləşəcək. "B-6b" stansiyası isə "Azərbaycan Dəmir Yolları" QSC-nin keçmiş vaqon parkının yerində inşa ediləcək. "B-7" stansiyası metronun "Xətai" stansiyasına yaxın ərazidə, "B-8" isə Ağ şəhərin Babək prospektinə çıxış hissəsində olacaq".

M.Rzayev metronun "yaşıl xətti" üzrə inşa ediləcək yeni stansiyaların da yerləri barədə məlumat verib. O bildirib ki, "yaşıl xətt" üzrə inşa edilməsi nəzərdə tutulan "Y-14" stansiyası Ağ şəhər tərəfdə 8 Noyabr prospektində olacaq. "Y-15" "Neftbaza" adlandırılan ərazidə, "Y-16" stansiyası paytaxtın "Nargilə" dairəsi adlandırılan ərazidə, "Y-17" stansiyası isə "Həzi Aslanov-2" metro stansiyasıdır".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

4 rayonda İŞIQ OLMAYACAQ

Bu gün Bakının Yasamal, Nizami, Səbail və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq.

Xırdalanda yaşayış binasındakı YANĞIN

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.