Zamin Hacı nümunəsində bu məsələ yenidən gündəmə gəlib
Azərbaycanda əsas aparıcı sosial şəbəkələrdən olan facebookda istifadəçilərin paylaşdıqları statuslara görə məsuliyyətə cəlb olunmaları, təqib, təzyiq, təhqirlərə məruz qalmaları halları günbəgün artmaqdadır. Xüsusilə belə hallar siyasi əqidəsi olan şəxslərə daha çox şamil olunur.
Son olaraq, Binəqədi rayonu ərazisində baş verən dəhşətli yanğın hadisəsini misal çəkmək olar. “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı da hadisə baş verən gün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. General-mayor Elxan Seyidovla söhbətindən sonra məlum oldu ki, köşə yazarının BŞBPİ-nə çağırılmasına səbəb statusu olub.
Uzun müddət idi ki, Z.Hacı facebooku tərk etmişdi. “Yeni Müsavat”a açıqlamasında köşə yazarı bu hadisədən sonra bir daha sosial şəbəkələri tərk etməyəcəyini bildirdi: “Facebookda fəaliyyəti davam etdirmək lazımdır. Jurnalist hər hansı bir hadisə ilə bağlı polisə ifadə verməyə çağırıla bilər. Hər hansı bir hadisə baş verəndə jurnalist şahidi ola bilər. Bu yolla polis cinayətkarı tutmağa nail olar. Bunları fikirləşib dedim ki, polis jurnalistlərlə bu cür fəaliyyət göstərməlidir. Biz konkret cinayət əməlləri barədə yazı yazırıq. Konkret bu halda yanan binanın konstruksiyalarla bəzədilməsi cinayətdir. Arzu edərdim ki, gələcəkdə polis bizi hansı binaların yerini bilməyimiz, onlara kömək etməyimizlə bağlı çağırardı. Polis bununla məşğul olmalıdır. Əksinə, çağırıb bizə xəbərdarlıq etməməlidir. Binaları o günə salan ”quldur dəstələri" qorxmalıdır. Onlar çəkinməlidir ki, hüquq-mühafizə orqanları tərəfindən hər an çağırıla bilərlər. Sual verdim ki, məni statusumda yazmışam ki, bu cür örtüklər təhlükəli olduğuna görə sökülməlidir. Burada nə var ki? Statusun qanuna zidd olmadığını bildirdim. Təhlükə qarşısında qalan binanın qalmasını, bununla da, ölməyimi gözləməliyəm? Heç bir söz tapa bilmədilər və dedilər ki, qanuna, dinə zidd hərəkət etmişəm. Çox komik fikirdir. Məscidlərdən yazmamışam, yaxud kiminsə saqqalını qırxmağa çağırış etməmişəm ki...
Sadəcə, bina üzündəki örtüklərin sökülməsinə çağırış etmişəm. Aydın məsələdir ki, ölkəmizdəki vəziyyətin təzahürüdür. İstəyirlər ki, qul kimi yaşayaq. İstənilən addımımızı hökumətlə razılaşdırmağımızı istəyirlər. Uşaqlarımızın sünnətindən tutmuş, öləndə aş, yaxud dolma vermək işimizə qədər dövlət burnunu soxmaq istəyir. Ölkə totalitar nəzarət altındadır. Bunu bildiyimiz üçün təəccüblənmədim".
Zamin Hacı ilə birlikdə BŞBPİ-də olan qəzetimizin hüquqşünası Vaqif Hüseyn normal söhbətin keçdiyini qeyd etdi: “Zamin bəyə statusunda diqqətli olmağı xahiş edildi. Çünki o, ictimai rəyə təsir edən insanlardan biridir. Çox güman ki, həmin statusu çox adam paylaşıb. Onların fikrincə, belə statuslar yolverilməzdir. Zamin bəy dediyi fikirdə qaldı. Bildirdi ki, heç bir qanunsuzluğa yol verməyib. Normal danışıq keçdi. Sonda hər kəs öz fikrində qaldı”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.