Pensiya alanlara ŞAD XƏBƏR: Qarşıdan gələn bayramlarla əlaqədar...
Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək. Cia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Belə ki, martın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyalarının ödənilməsi nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişinə isə artıq başlanıb.
Xalqımızın əziz bayramları olan Novruz və Ramazan bayramları ərəfəsində ölkəmizin digər bölgələri üzrə pensiyaların və güzəştli şərtlərlə pensiya təyin edilən şəxslərin pensiyalarının ödənişi planlaşdırılır.
Eyni zamanda mart ayının müavinət və təqaüdlərinin də qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödənilməsi nəzərdə tutulub.
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Astroloqların proqnozlarına görə, iyul ayında bəzi tarixlər yeni başlanğıclar, maliyyə uğurları və şəxsi münasibətlər baxımından daha əlverişli enerji ilə seçilə bilər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.