Rəqsanə TƏCİLİ əməliyyat olunmalıdır: "Bəd xassəli şiş VAR"
Müğənni Rəqsanə İsmayılova bir müddət əvvəl qalmaqal yaşadığı jurnalist Səidə Bəkirqızının verilişinin qonağı olub.
Sənətçinin səhhəti ilə bağlı etirafı diqqət çəkib:
"Sinə nahiyyəmdə bəd xassəli şiş var. Moskvada müalicə alırdım. Sentyabrda müalicələrə başlamalı idim, bura gəldim. Başıma gələn işlərə görə qaldı. Çox təcili əməliyyata getməliyəm. Moskvada dediklər ki, tamamilə götürməlidirlər, mən qorxdum. Dedim ki, bir az qalsın. Xəstəlik borcu gözləmir".
Rəqsanənin açıqlaması izləyicilərin müzakirələrinə səbəb olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.