Samux rayonunda qadın kəsici-deşici alətlə xəsarət alıb.
Ajans.az xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində baş verib.
İlkin məlumatlara görə, kənd sakini, 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova ailə münaqişəsi zəminində oğlu, 2005-ci il təvəllüdlü Raul Ələkbərov tərəfindən bıçaqlanıb.
Yaralı qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin sözlərinə görə, onun vəziyyəti ağırdır.
Hadisəni törətməkdə şübhəli bilinən Raul Ələkbərov saxlanılıb. Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir./teleqraf
Rusiyanın Tümen vilayətində 19 yaşlı oğlan anası və böyük qardaşını öldürdükdən sonra cəsədləri gizlədərək, qadının adından qohumlarından borc pul istəyib.
Bakıda fəaliyyət göstərən “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlara təqsirləndirilən şəxslər - Murad Bağırov, Rəsmiyyə Quliyeva və Xəyalə İsmayılovanın cinayət işi üzrə ilk baxış iclası keçirilib.