banner
banner

İqtİsadİyyat

Azərbaycanda kartof BAHALAŞDI

Azərbaycanda kartof BAHALAŞDI

Ən çox istifadə edilən tərəvəz olan kartofun qiyməti artıb. İrandan kartof ixracına qoyulan qadağa görünür qiymətlərə təsir edir. Nəzərə alsaq ki, qadağa davam edir, qiymətlərin necə olacağı sualı maraq doğurur.

Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, İrandan kartof ixracına qoyulan qadağadan sonra bir kiloqramda 20 qəpik artım var. Amma qiymətlər tək İran kartofunda yox, Pakistan, Türkiyə və yerli kartofda da özünü göstərir:

"Artım bir neçə gün öncə olub, davam edəcəyi gözlənilmir. Hal-hazırda topdan satışı 80 qəpikdir. İran kartofları isə 1 manatdan yuxarıdır. Bir azdan öz yerli Cəlilabad kartoflarımız da çıxacaq".

Fermerlərin sözlərinə görə, kartofun qiymətində 10-15 qəpik artım var.

Bəs artım davam edəcək?

Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov bildirib ki, yerli bazarda əhəmiyyətli yer tutan ölkələrdən Türkiyə 45%, Gürcüstan 15%, İran 10% paya sahibdir:

"Sonrakı yerləri isə Pakistan və Rusiya tutur. İrandan təxminən il ərzində 13-15 min ton kartof idxal olunur ki, bu da qiymətlərə ciddi təsir göstərmək gücündə deyil. Amma son aylar kartofun qiymətində ümumi artım müşahidə olunur. Kartofun qiymətində artımlar ola bilər. Xüsusilə mart və aprel ayında gözləniləndir. Yerli kartof sonrakı aylarda çıxandan sonra isə qiymətlərin aşağı düşməsi də ola bilər".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

Neft qiymətləri kəskin dönüş etdi

Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.

Maşın almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.