Müharibə qızışır: ABŞ Livana qarşı savaş ELAN ETDİ
ABŞ Livanda “Hizbullah” qruplaşmasının obyektlərinə qarşı həyata keçirilən hava zərbələrinə qoşula bilər.
Bu barədə Səudiyyə Ərəbistanının “Al-Hadath” telekanalı İsrailin yüksək vəzifəli mənbəsinə istinadən məlumat yayıb.
Məlumatda ABŞ-ın mümkün iştirakının formatı, bunun nə vaxt baş verəcəyi və hansı şərtlərlə həyata keçiriləcəyi barədə əlavə detallar açıqlanmayıb.
Bundan əvvəl Livanın İrana yaxın “Hizbullah” qruplaşması İsrailin şimal bölgələrinə kütləvi raket hücumu həyata keçirib və İsrailə qarşı öz hərbi əməliyyatının başladığını elan edib.
Mediada yayılan məlumatlara görə, İsrail ərazisinə doğru 100-dən çox raket buraxılıb./KONKRET.az
Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Astroloqların proqnozlarına görə, iyul ayında bəzi tarixlər yeni başlanğıclar, maliyyə uğurları və şəxsi münasibətlər baxımından daha əlverişli enerji ilə seçilə bilər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.